9 sentyabr 2010 00:19
Neftçi milliyə qarşı oynayacaq
Bakının "Neftçi" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası sabah yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib Azərbaycanın 16 yaşlılardan ibarət yığması olacaq. Qarşılaşma sabah saat 10:30-da Şağan Olimpiya İdman Kompleksinin stadionunda başlanacaq.
