9 sentyabr 2010 12:33
Rail MƏLIKOV: Bunu etməyə bacarmadıq...
Azərbaycanın futbol üzrə milli komandasının müdafiəçisi Rail Məlikov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığmasına 1:6 məğlubiyyətdən sonra azerisport.az saytına müsahibə verdi.
Nəyə görə komanda böyük hesablı məğlubiyyətdən qaça bilmədi?
Siz özünüz da bu suala cavabı bilirsiz. Almaniya bizim üçün çox güclüdür. Onlarla rəqabət aparmağa hələ ki tezdir. Lakin bu məqamlar vəziyyəti yüngülləşdirmir, çünki bizə dəstək olmaq üçün xeyli azərkeş gəlmişdir. Onlar ümid edirdi ki, yaxşı oyun görəcəklər.
Hesab etmirsiniz ki, komanda müdafiəyə çox meyilli idi? Hətta üç dayaq yarımmüdafiəçi taktikası seçilmişdir.
Məqsədimiz var idi ki, almanlara mərkəzdə sürət yığmağa imkan verilməsin. Bunu etməyə bacarmadıq. Almaniya özünü rahat hiss edirdi və sonradan onları hücumlarını saxlamalıydıq. Biz isə bunu o qədər də uğurlu etmədik.
Bəs qolu kim vurdu? Siz, Cavadov yoxsa Noyer?
Komanda məğlub olub. Deməli bunun əhəmiyyəti yoxdur.
Almanlara, səfərdə qol vurmağınız sizə heç təsir etmədi?
Xeyr. Bu məğlubiyyət mənim yaddaşımıda hələ çox qalacaq. Bu dərsdən nəticə çıxartmalıyıq.
Avstriya və Qazaxıstan öz aralarında necə oynadığını bilirsiz?
Avstriya 2:0 qalib gəldi. Qollarını da sonuncu dəqiqələrdə vurdu.
Azərbaycan bu tərzdə bir aydan sonra Vyana oynaya biləcəkmi?
Hər şeyi düzəldməliyik. Bizim başqa yolumuz yoxdur. Bu böyük hesablı məğlubiyyət bizi qrupda sonuncu etdi. Deməli bizim yeganə yolumuz qaldı – yüksəlmək.
Bəlkə bunun üçün nəsə lazımdır? Misal üçün, futbolçular oyuna artıq məğlub olmuş halda çıxmamalıdır.
Şəxsən məndə bu cür məğlubiyyətçilik əhval-ruhiyyəsi yox idi. Komanda oynamaqa çıxmışdır və uşaqlarda yaxşı əhval-ruhiyyə var idi. Məğlubiyyətimiz necə izah edəcəyimizi bilmirəm. Əlavə vaxtda vurulan üç qol olmayada bilərdi.
