9 sentyabr 2010 00:38
Karlos Teves: Özümü qoca hiss edirəm
Arqentina yığmasının və İngiltərənin "Manchester City" klubunun 26-yaşlı hücumçusu Karlos Teves bildirdi ki, çətin olsun ki o millisinə Braziliyada keçiriləcək DÇ-2014-də komandasına kömək edə bilsin.
"Yorulmuşam. 26 yaşımda özümü qoca hiss edirəm. İnanmıram ki, 2014-ci ildə futbol oynayacam", - azerisport.az xəbər verir ki, bunu Teves dedi.
Onun sözlərinə görə, həm klubda, həm də millidə oynamaq ondan çoxlu güc alır.
Mənbə: AP
