9 sentyabr 2010 12:54
Fabio Kapello məşqçiliyi tərk edir
İngiltərə millisinin hazırki baş məşqçisi Fabio Kapello Avro-2012-i başa çatandan sonra yığmadan gedəcəyi ilə bağlı xəbəri təsdiq etdi.
"Yığmadan hökmən gedəcəm. Çünki o vaxtda kimi mən artıq çox qoca olacam. Lakin ilk növbədə biz təsnifat mərhələni keçməliyik. Turnirdən sonra isə rahat pensioner həyatını yaşamaq istəyirəm", - azerisport.az xəbər verir ki, bunu Kapello dedi.
Xatırladaq ki, Kapello İngiltərə yığmasına 2008-ci ildə gəlib.
Mənbə: Sky Sports
