10 sentyabr 2010 15:08
Arif Əsədov: Liderliyi qorumaq üçün qələbə qazanmalıyıq
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov çempionatın 5-ci tur çərçivəsində "Muğan"-la oyundan əvvəl azerisport.az saytına öz fikirini bildirdi.
"Biz rəqibləri zəif və güclüyə bölmürük. Bu mövsümdə hər üç xal bizim üçün çox dəyərlidir. Hətta Səlyan komandasına da ciddi yanaşırıq. Liderliyi qorumaq üçün qələbə qazanmaq lazımdır. Yığmaların oyunlarında iştirak edən futbolçular artıq qayıdıb. Onlara azacıq istirahət verdi ki, oyuna hazır olsunlar", - Əsədov dedi.
