10 sentyabr 2010 16:10
Liverpool yox ola bilər
İngiltərənin "Liverpool" klubunun hazırki sahibləri Tom Hiks və Corc Cillet komandanı payızda tərk edə bilərlər. Azerisport.az xəbər verir ki, komandanın kreditoru olan Şotlandiyanın Kral bankı (RBS) amerikalı biznesmenlərə borcları ödəməyə çağırdı. Borcların ümumi məbləğo 361 milyon funt sterlinq təşkil edir. Əgər 6 oktyabra kimi bu baş tutmasa, o zaman RBS klubu ya bankrot elan edəcək, ya da ki ucuz qiymətə satacaq.
Xatırladaq ki, Hiks və Cillet komandanı 2007-ci ildə alıblar.
Mənbə: Sportinglife
