10 sentyabr 2010 16:33
İtaliya futbolçuları oynamaqdan imtina edir
İtaliya çempionatında çıxış edən futbolçular müqavilələrlə bağlı tətil elan edirlər. Azerisport.az xəbər verir ki, tətil 25-26 sentyabrda keçirilməlidir.
"Həmkarlar ittifaqı və futbolçular oyunlara çıxmamağa birgə qərar qəbul ediblər. Biz müqavilə imzalamağın yeni qaydalarına etirazımızı bildiririk", - bunu "Milan"-ın müdafiəçisi Massimo Oddo bildirdi.
Qeyd edək ki, yayda Oyunçular assosiasiyası və liqa arasındaki kollektiv razılaşmanın müddəti bitdi, lakin təzəsini bağlamaq alınmadı.
Mənbə: Reuters
