10 sentyabr 2010 00:15
Emil Mpenza: Buraya gəldiyimizi eşidəndə çox sevindim
Bu gün Azərbaycanın "Neftçi" klubu Ramazan bayramı münasibətilə Bakı SOS Uşaq Kəndini ziyarət edib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə söz alan "Neftçi"-nin təcrübəli futbolçusu Elmar Baxşiyev kimsəsiz uşaqları nikbin olmağa çağırıb.
"Siz bizim gələcəyimizsiniz. Buna görə də gələcəyə nikbin baxın. İnşallah, Allah hamınıza kömək olacaq!", - Baxşiyev dedi.
Həmçinin, tədbirdə flaqmanın əcnəbi futbolçusu Bahodir Nasimov da öz fikirini bildirib: "Mən hər zaman yeniyetmələrin arxasındayam. Mən inanıram ki, onların içərisində gələcəyin böyük şəxsiyyətləri yetişəcək".
Tədbirə ailəsi ilə birgə qatılan braziliyalı Denis Silva uşaqlara xoşbəxtlik arzulayıb: "Hamınıza xoşbəxt gələcək, yaxşı ailə arzulayıram".
Uşaqların mübarək Ramazan bayramını təbrik edən Emil Mpenza daim onların yanında olacağını bildirib. "Əvvəlcə mən klub prezidenti Sadıq Sadıqov başda olmaqla "Neftçi" rəhbərliyinə bu təşəbbüsü həyata keçirdikləri üçün dərin minnətdarlığımı bildirirəm. Mənburayagəldiyimizieşidəndə çoxsevindim. Çünkihərbirvətəndaş dünyanınhansı nöqtəsində olmasınabaxmayaraq, daimkimsəsizuşaqlarınyanındaolmalıdır. Mənbundansonrakimsəsizlərə öz şəxsivəsaitimlə köməketməyə hazıram", - Mpenza dedi.
