10 sentyabr 2010 00:40
Vəli Qasımov: Foqtsun işinə qarışmaq olmaz
Azərbaycan yığmasının məşqçisi Vəli Qasımov Almaniya millisinə 1:6 hesablı məğlubiyyətdən sonra komandanın çalışdırıcısı Berti Foqtsun seçdiyi taktika barəsində azerisport.az saytına öz fikirlərini bildirdi.
"Taktikanın seçimi Foqtsun işidir. Bu onun torpağı, onun ərazisidir. Bura daxil olmaq, onun işinə qarışmaq olmaz. Məşqçi nə deyir, oyunçu onu da etməlidir. Mən özüm, elə Foqts da oyunçu olanda bunu edirdik. Əgər oyunçu bunu etmirsə, deməli – bacarmır", - Qasımov dedi.
