11 sentyabr 2010 13:06
Rza Çalımbay: Rəşad Sadıqovu çoxdan almaq lazım idi
Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Rza Çalımbay bildirdi ki, Azərbaycan millisinin müdafiəçisi Rəşad Sadıqovun transferi komandanın müdafiə xəttinin güclənilməsinə yönəlib. "Rəşadı çoxdan almaq lazım idi. O hələ ki komandanı tanımır, vaxt lazımdır. İki-üç həftədən sonra bizə kömək edə bilər", - azerisport.az xəbər verir ki, bunu mütəxəssis NTV Spor`a bildirdi.
