11 sentyabr 2010 13:24
Azərbaycanlı qapıçıların nəzərinə: vaxtından tez sevinməyin (VİDEO)
Marakeş Kuboku çərçivəsində keçirilən oyunda qeyri-adi epizod baş verib. Azerisport.az xəbər verir ki, "Mahgreb Fes" və "FAR Rabat" klubları arasında keçirilən oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün komandalar 11-metrəlik zərbələrə keçdilər. "Mahgreb Fes"-in oyunçusu penalti zərbəsini endirdi, lakin qapıçı topu dəf edə bildi. Ancaq buna baxmayaraq top elə fırlanırdı ki, qapıçı "seyvini" tribunalar tərəfə çönüb bayram edərək, o qapı xəttini keçdi və hakim qolu hesaba aldı.
