11 sentyabr 2010 15:02
Azərbaycan çempionatının bu günə nəzərdə tutulan oyunları təxirə salına bilər
Azərbaycan Premyer-liqasının 5-ci turun çərçivəsində bu gün nəzərdə tutulan oyunların bəziləri təxirə salına bilər. Azerisport.az xəbər verir ki, bu barədə Trend agentliyinə PFL-ın prezidenti Ramin Musayev məlumat verib.
"Bakıda yağan intensiv yağışlar bir neçə saat belə davam edərsə, "Neftçi" - "Muğan" oyunu təxirə salınacaq. Çünki artıq oyunun keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika Stadionuna baxış keçirilib və belə qərara alınıb ki, yağış bu cür davam edərsə, oyun təxirə salınacaq", - Musayev deyib.
Onun sözlərinə görə, süni meydançalarda nəzərdə tutulan oyunlar təxirə salınmayacağ.
