11 sentyabr 2010 20:40
Toni Adams: Qalib gəldiyimiz üçün şadam
Azərbaycan Premyer-liqasının 5-ci turuna "Turan" - "Qəbələ" oyunu ilə start verildi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, səfərdə rəqibini minimal hesabla üstələyən "Qəbələ" mövsümdə ilk qələbəsini qazanmaqla üç xalı aktivinə yazdı - 1:0.
"Çox baxımlı və sürətli oyunun şahidi olduq. Futbolçular meydanın hər yerində mübarizə apardı. "Turan"-ı güclü komanda sayıram. Qalib gəldiyimiz üçün şadam. Komandanı təbrik edirəm", - "Qəbələ" klubunun baş məşqçisi Toni Adamsbildirdi.
"Bu gün yaxşı oyun göstərdik, rəqib qapısı önündə bir çox qol epizodları yaratdıq. Təəssüf ki, bu imkanlardan lazımınca istifadə edə bilmədik. Əvəzində müdafiədə buraxdığımız səhv qapımızda qolla nəticələndi. Standard vəziyyətdən qapımızda qol gördük", - "Turan" klubunun baş məşqçisi Sakit Alıyevdedi.
