11 sentyabr 2010 00:14
Premyer-liqanın ən yaxşıları seçildi
İngiltərənin "Manchester United" komandasının yarımmüdafiəçisi Pol Skoulz və "Chelsea" klubunun baş məşqçisi Karlo Ançelotti premyer-liqada avqust ayının müvafiq olaraq ən yaxşı futbolçu və məşqçisi seçildilər. Azerisport.az xəbər verir ki, bu məlumatı İngiltərə premyer-liqasının rəsmi saytı yaydı.
Avqustda Ançelottinin rəhbərlik etdiyi "Chelsea" üç oyunda qələbə qazanıb, 14 qol vuraraq, qapısında bir dənə də olsun top görməyib. Skoulz isə MU-nun heyətində bir qol vurub və bir məhsuldar ötürmə edib.
