11 sentyabr 2010 00:26
Ruslan Abışov gələn həftə komandaya qoşulacaq
Sentyabrın 7-də Azərbaycan milli komandasının heyətində Almaniya yığması ilə Avro-2012-nin seçmə mərhələ oyununda qarşılaşmaq üçün bu ölkəyə yollanan "Neftçi" klubunun müdafiəçisi Ruslan Abışovun zədələnməsi ilə bağlı xəbər verilmişdir. Azerisport.az klubunun rəsmi saytına istinadən xəbər verir ki, artıq bir neçə gündür Almaniyada müalicə olunan futbolçu bildirdi ki, burada müalicə və bərpa kursları keçirir.
"Özümü normal hiss edirəm. Müalicəmi başa vurub, sentyabrın 19-da "Neftçi"-nin düşərgəsinə qoşulacağam. İnşallah, tezliklə yaşıl meydana qayıdacağam. Həmin günü səbirsizliklə gözləyirəm", - Abışov dedi.
