12 sentyabr 2010 00:15
Vaqif Cavadov yeni klubunda ilk məşqinə çıxdı
Azərbaycan "Bakı" klubunun milli komandasının Almaniya ilə oyunundan sonra yığmada olan Vaqif Cavadov və Fabio Luis Ramim bu gün axşam klubun məşqinə çıxdılar. Azerisport.az "Bakı"-nın rəsmi saytına istinadən xəbər verir ki, Vaqif Cavadov üçün bu yeni komandasında ilk məşq kimi tarixə düşdü. Milli komandalara dəvət alan klubun digər futbolçularıda bu gün məşqdə iştirak etdilər. Xatirladaq ki,milli komandalara, İbrahim Kargbo (Sierra Leone), Dare Nibombe (Toqo), Vadim Borets və Aleksey Savinov (Moldova), Aqil Məmmədov, Emin Cəfərquliyev və Bəxtiyar Soltanov (Azərbaycan U-21) dəvət almışdır.
