13 sentyabr 2010 13:02
Neftçi beynəlxalq yarışa dəvət olunub
Azərbaycanın "Neftçi" klubunun aşağı yaş qruplarından ibarət komandaları Rusiyanın Soçi şəhərində keçirilən "Kuban Kuboku 2010" beynəlxalq turnirinə dəvət alıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər il 9-16 yaşlı uşaq və yeniyetmələr arasında təşkil olunan bu nüfuzlu yarışda Rusiya və MDB-nin tanınmış klubları mübarizə aparırlar. Bu dəfə "Kuban Kuboku 2010" turnirinə 1994-2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar dəvət olunublar. Yarışda yerli "Spartak", "Dinamo", "Lokomotiv", "Zenit", "Rubin", eləcə də Ukraynanın "Şaxtyor", "Dnepr", Belarusun "Minsk" və digər klubların uşaq-yeniyetmə kollektivlərinin iştirakı gözlənilir. "Kuban Kuboku 2010" bu il 25 oktyabr - 9 noyabr aralığında baş tutacaq.
