13 sentyabr 2010 13:22
ManUnited və Barcelona gənc istedad uğrunda mübarizə aparır
İngiltərənin "Manchester United" klubu Yunanıstanın "Panathinaikos" komandasının 20-yaşlı istedadlı futbolçusu Sotiris Ninisi heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, yarımüdafiəçi uğrunda artıq İtaliyanın "Milan", İspaniyanın "Real" və "Barcelona" klubları da mübarizə aparır. "Qırmızı şeytanlar" yunan klubuna 8 milyon funt sterlinqdən artıq məbləğ təklif edib.
Ötən mövsümdə "Panathinaikos"-un kapitanı olan Ninis çempionatda 36 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Yunanıstan yığmasının heyətində futbolçu yeddi oyun keçirib.
Mənbə: IMScouting
