13 sentyabr 2010 14:32
Arif Əsədov: Liderliyi qaytarmağa çalışacayıq
Azərbaycanın "Neftçi" klubunun baş məçqçisi Arif Əsədov komanda çempionatda liderliyi qaytarmağa hazır olduğunu bildirdi.
"Əlbətdə, "Muğan"-la oyunun təxirə salınmasını istəmirdik. Oyuna hazırlaşırdıq, lakin planlar dəyişdi. Bilirəm ki, "Xəzər-Lənkəran" MOİK klubuna qalib gələrək, birinci pilləyə yüksəldi. Lakin biz liderliyi qaytarmağa çalışacayıq", - Əsədov azerisport.az saytına dedi.
