13 sentyabr 2010 14:58
Stiv Maklaren köhnə iş yerinə qayıtmaq istəyir
Almaniyanın "Wolfsburg" klubunun çalışdırıcısı Stiv Maklaren İngiltərə yığmasının baş məşqçi postuna qayıdışını istisna etmir. Azerisport.az xəbər verir ki, onun sözlərinə görə, 2012-ci ildə yığma ingilis mütəxəssisin rəhbərliyi altında olmalıdır. "Milli komandanı təcrübəli ingilis məşqçi çalışdırmalıdır. Yığmada uğur qazanmaq üçün Avropa təcrübəsi lazımdır", - Maklaren dedi.
Mənbə: The Guardian
