13 sentyabr 2010 15:51
Neftçi – Muğan oyunun keçirilmə vaxtı müəyyənləşdi
Azərbaycan Premyer Liqasının 5-ci turunun sentyabrın 14-nə təxirə salınmış "Neftçi" – "Muğan" oyunu keçirilmə vaxtı müəyyənləşdi. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, görüş saat 19:00-da baş tutacaq.
Xatırladaq ki, oyunun təxirə salınmasına səbəb güclü yağışın yağması olub. PFL rəhbərliyi məhz bu üzdən və qarşıda Azərbaycan milli komandasının AVRO-2012-nin seçmə qrup mərhələsində rəsmi matç keçirəcəyini nəzərə alaraq, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün pis vəziyyətə düşməməsi üçün belə qərar qəbul etmişdi.
