13 sentyabr 2010 16:06
Romal Hüseynov: Biz qələbəyə daha yaxın idik
Azərbaycanın "Gəncə" klubunun yarıımüdafiəçisi Romal Hüseynov ölkə çempionatının 5-ci turu çərçivsəində "Bakı" ilə keçirilən oyundan sonra (1:1) azerisport.az saytına öz fikirlərini bildirdi.
"İlk öncə qeyd etmək lazımdır ki, "Bakı" ilə oyun bizim üçün çox çətin alındı. Buna baxmayaraq, biz rəqibimizdən 5-10-qat yaxşı oynadıq. Hər kəs gördü ki, biz qələbəyə daha yaxın idik. Ümumlikdə, ikinci hissəni biz yaxşı keçirdik. Buna görə də qələbə daha layiqli biz idik. İkinci qolu vura bilmədimizə görə isə günahkar özümüzük", - futbolçu dedi.
Həmçinin, Hüseynov komandanın çempionatdaki ardıcıl 4-cü heç-heçə etməsinə də toxundu: "Əlbətdə, biz hər oyunda iki xal itiririk. Lakin bu nəticələrin də öz üstünlüyü var. Hesab edirəm ki, debütant komanda üçün ilk dörd oyunda dörd xal normal bir haldır".
