13 sentyabr 2010 00:04
Vinfrid Şefer: Gərgin bir oyun olacağını əvvəlcədən bilirdik
Azərbaycan Premyer-liqasının 5-ci turunda "Gəncə" ölkə kubokunun son qalibi "Bakı" klubunun qonağı oldu. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, hesabda geri düşməsinə baxmayaraq, qonaq komanda bərabərlik qolunu vuraraq keçirdiyi 4 oyunda 4-cü heç-heçəsinə imza atdı.
"Bu oyunun çox çətin keçəcəyini bilirdik. "Bakı" çox güclü komandadır. Oyuna yaxşı köklənmişdik. Lakin idman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Qalib gəlməli olduğumuz oyun idi. Heç-heçəyə baxmayaraq, futbolçularımı təbrik edirəm", - "Gəncə"-nin baş məşqçisi Fuad İsmayılovdedi.
"Oyundan qabaq da bilirdik ki, çox gərgin bir oyun olacaq. Qol vurandan sonra oyunda nəzarəti ələ alacağımıza ümid edirdim. Bir sıra futbolçularımız sarı vərəqə aldılar. Cəzalı olan futbolçunun əllə topa toxunması isə ağılsızlıqdır. Etiraf edim ki, oyunun sonunda bəxtimiz gətirdi. Bütün komandalar bizə qarşı daha güclü oynayır. Marko Şarliyanı gözəl oyuna görə təbrik edirəm. Artıq bu oyunu unudub qarşıdakı matçlara hazırlaşacağıq", - "Bakı" klubunun almaniyalı mütəxəssisi Vinfrid Şefer bildirdi.
