14 sentyabr 2010 13:14

Zeynal MƏMMƏDOV: Qorxuram ki, oyunçular ruhdan düşüb

Azərbaycanın "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov komandanın çempionatıdaki uğursuz çıxışı ilə bağlı azerisport.az saytınını suallarına cavab verdi.

Sonuncu turda "Bakı" növbəti xallarını itirdi. Həmçinin oyunu 9 futbolçu ilə bitirdi. Onlar cəza alacaqlarmı?
Güman edirəm ki, alacaqlar. Komandanı çətin vəziyyətdə qoymaq olmaz. Ümumiyyətlə oyundan narazı qaldım.
 
Sizcə "Bakı" hansı səbəbə görə "Gəncə" ilə uğursuz oynadı?
Açığı deyim ki, bu cür nəticə gözləmirdim. Axı bizim potensialımız daha yaxşı oynmaqa imkan verir. Başa düşə bilmirəm, bu necə baş verə bilər.
 
Ümumi nəticə də komanda üçün xoş deyil. Dörd oyun – dörd xal.
Komandanı "qara zolağa" düşüb. Bu cür hallar futbolda olur. Lakin bunu tez bir zamanda aradan qaldırmaq lazımdır.
 
Ola bilsin ki, futbolçular hələ də Avropa Liqasından acı məğlubiyyətlə barışa bilməyib?
Bu da ola bilər. Qorxuram ki, uşağlar ruhdan düşüb. Psixoloji cəhətdən futbolçular heç də yaxşı vəziyyətdə deyil. Ola bilsin ki, stress də var. Lakin bu uzun müddət çekə bilməz. Digər tərəfdən, Premyer-liqada fasilə və təxirə salınmalar da oyunmuz təsir edir.
 
Maraqlıdır ki, ötən mövsümü də "Bakı" çempionatı bu cür başlayaraq, ilk turlarda xal itirirdi.
O vaxt komanda pley-off mərhələsində dəyandı. Hər kəs də həyacan qalmışdır. Bu ildə isə "Buducnost" komandasında hər iki oyunda qalib gəldik, lakin kağız səhvi mübarizəni davam etdirməyə imkan vermədi. Mən şəxsən bunları əlaqələndirmirəm. Bunlar ayrı-ayrı vəziyyətlərdir.
 
Gərgin günləri keçmək üçün hansı tədbirlər görüləcək?
Məşqçi komandanı bir yerə yığaraq, lazım olan sözləri deyəcək. Düşünürəm ki, hər şey düzələcək.
 
Rəhbərlik Vinfrid Şeferin işindən narazı deyil?
Xeyr. O, çalışdırıcıdır. Meydançaya isə futbolçular çıxır. Problem də elə onlardadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.