14 sentyabr 2010 13:45
Valencia`nın baş məşqçisi: Türkiyə çempionunu qiymətləndirməmək olmaz
İspaniyanın "Valencia" klubunun baş məşqçisi Unai Emeri hesab edir ki, onun komandası Çempionlar Liqasının 1-ci turunda "Bursaspor"-la oyunda qələbə qazanmaq üçün daha şanslıdır.
"Bundan öncə rəqib haqqında heçnə bilmirdik. Lakin Türkiyə çempionunu qiymətləndirməmək olmaz. Rəqibə hörmətlə yanaşırıq, lakin oyuna qələbə üçün çıxırıq. "Valencia" bu görüşün favoriti sayılır, bunu inkar etmək olmaz. "Bursaspor" kollektiv oyunu ilə güclüdür. Fiziki oyuna üstünlük verir. Rəqibin güclü tərəflərini neytrallaşdırmalıyıq. Rəqibə qol vurmağa imkan verməməliyik. Çünki bu halda onlar böyük güclə müdafiə olunaraq, əks-hücüum taktikasına keçə bilərlər", - azerisport.az xəbər verir ki, bunu Emeri dedi.
Mənbə: Goal.com
