14 sentyabr 2010 14:12
Maykon Kakanın əvəzinə
İspaniyanın "Real" klubu İtaliyanın "Inter" komandasının braziliyalı müdafiəçisi Maykonun tramsferini həyata keçirmək niyyətindədir. Azerisport.az xəbər verir ki, yay mövsümündə madridlilər 29-yaşlı futbolçuya görə 28 milyon avro təklif etmişdi, lakin Milan təmsilçisi bu təklifi rədd elədi. "Inter" isə yay mövsümündə "Kral klubunun" yarımmüdafiəçisi Kakanı almaq niyyətində idi. Corrierre dello Sport nəşrinin məlumatına görə, "Real" Kakanı "Inter"-ə verərək, əvəzinə Maykonu Madrdidə gətirə bilər.
