14 sentyabr 2010 14:27
Millimiz İspaniyaya yollanır
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlıq keçirir. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz hazırlıq məqsədilə oktyabrın 11-dən 18-dək İspaniyanın Madrid şəhərində təlim-məşq toplanışı keçirəcək.
