14 sentyabr 2010 14:43
Milan əsas müdafiəçisini itirə bilər
İtaliyanın "Milan" klubu Çempionlar Liqasının 1-ci turu çərçivəsində Fransanın "Auxerre" komandası ilə oyunda braziliyalı müdafiəçi Tyaqo Silvanın xidmətlərindən istifadə edə bilməyəcək. Azerisport.az xəbər verir ki, müdafiəçi A Seriyasının son turunda "Cesena" ilə oyunda aldığı zədədən hələ də sağala bilməyib. Güman edilir ki, "Milan"-ın baş məşqçisi Massimiliano Alleqri onun yerinə əsas heyətdə Daneile Boneranı buraxacaq.
Mənbə: Football Italia
