14 sentyabr 2010 15:11
Ferqüson Qari Nevilldən imtina etdi
İngiltərənin "Manchester United" klubunun baş məşqçisi ser Aleks Ferqüson komandanın yeni kapitanı axtarışındadır. Azerisport.az xəbər verir ki, 2005-ci ildə Roy Kinin gedişindən sonra kapitan sarğısı Qari Nevillə həvalə olunmuşdur. Lakin son vaxtlar Nevill əsas heyətdə çox az çıxır.
"Qari kapitandır. Lakin mən yeni namizəd üzərində düşünürəm. Bu namizəd isə daim oynayan futbolçu olmalıdır. Qari isə zədələrinə görə oyunların çoxlarında çıxış edə bilmir. Nevillin kluba etdiyi bütün xidmətlərinə görə ona böyük hörmətim var və biz onunla bilirik ki, o artıq hər turda meydançaya çıxa bilmir. Buna görə də mən yeni kapitan axtarışındayam", - Ferqüson dedi.
Mənbə: Sky Sports
