14 sentyabr 2010 15:48
Kriştiano Ronaldo: Bu mövsüm hər şey dəyişəcək
Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldo "Milan" komandasında qorxmadığını bildirdi. Azerisport.az xəbər verir ki, futbolçunun sözlərinə görə, bu il onun komandası kuboku qazanacaq.
"Milan" güclənib. Onlara qarşı iki çətin oyun olacaq. Lakin biz – "Real" – heç kəsdən qorxmuruq. Qalib gələcəyimizə əminəm. Ötən mövsümlərdə Çempionlar Liqasında uğur əldə edə bilmirdik. Ancaq bu mövsüm hər şey dəyişəcək", - Ronaldu dedi.
Mənbə: Football Italia
