14 sentyabr 2010 16:14
Rusiyalı milyonçu İtaliya qrandını almaq niyyətindədir
Unicredit Bankı və Rotşıld ailəsi İtaliyanın "Roma" klubunun potensial alıcılarının axtarışını davam etdirir. Azerisport.az xəbər verir ki, "əbədi şəhərin" klubunu Moskvanın "Spartak" klubunun başçısı Leonid Fedun ala bilər. Məlumata görə o "Roma"-nın 50 faizini indi, iki ildən sonra isə daha 35 faizini almaq niyyətindədir ki, klub üzərində tam nəzarəti əlinə keçirsin. Fedun İtaliya təmsilçisinin ehtiyaclarına 200 milyon avro xərcləməyə hazırdır.
