14 sentyabr 2010 18:03
Ajax`ın futbolçusu oyun zamanı infarkt keçirdi
Hollandiyanın "Ajax" klubunun yarımmüdafiəçisi Evander Sno əvəzedicilər çempionatında "Vitess" komandasına qarşı keçirilən oyunda infarkt keçirdi. Azerisport.az xəbər verir ki, 23-yaşlı futbolçu oyunda cəmi 18 dəqiqə keçirdi. Klubun həkimləri 10 dəqiqə ərzində onu xilas edirdi. Bundan sonra özünə gələn və heçnəyi anlamayanı Snonu təcili yardım maşını xəstaxanaya apardı.
Xatırladaq ki, ürək tutmasına görə 2003-cü ildə Kamerun yığmasının oyunçusu Mark-Vivyen Foe oyun zamanı rəhmətə getmişdir.
Mənbə: De Telegraaf
