14 sentyabr 2010 12:08
Luis Suares: Komandam Real`I səfərdə məğlub edə bilər
Uruqvay yığmasının və Hollandiyanın "Ajax" klubunun hücumçusu Luis Suares Çempionlar Liqasının ilk turunu diskvalifikasiya səbəbindən buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, Amsterdam klubunun ilk rəqibi Madridin "Real" komandası olacaq. Suaresin sözlərinə görə, "Ajax" "Real"-la səfər oyunda maksimal nəticəyə nail olmağa qadirdir.
"Çox heyf ki, "Santiago Bernabeu"-də oynaya bilməyəcəm. Heç bəxtim gətirmədi. Lakin mənim yoxluğuma baxmayaraq belə, "Ajax" Madriddə qələbə qazana bilər. Mən isə öz qollarımı cavab oyununa saxlayaram", - Suares dedi.
Mənbə: Marca
