14 sentyabr 2010 12:20
Chelsea itkilərlə üzləşdi
İngiltərənin "Chelsea" klubunun müdafiəçisi Con Terri Çempionlar Liqasının ilk turunda Slovakiyanın "Zilina" komandasına qarşı oyunda çıxış edə biləcək. Azerisport.az xəbər verir ki, Terri "West Ham"-lə oyundan sonra zədələnmişdir və onun slovaklarla oyuna çıxacağı sual altında idi.
Buna baxmayaraq "əsilzadələrin" digər iki oyunçusu – Frenk Lempard və Eşli Koul ÇL-in ilk turunda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, oyun sabah baş tutacaq.
Mənbə: The Daily Mail
