15 sentyabr 2010 13:03
Karlo Ançelotti slovaklardan ehtiyatlanır
İngiltərənin "Chelsea" klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1-ci turu çərçivəsində Slovakiyanın "Zilina" komandası ilə bu gün keçiriləcək oyunla bağlı fikirlərini bildirdi.
"Slovakiyaya qələbə dalınca gəlmişik. Məqsədimiz qrupunu qalibi olmaqdır. Bu asan olmayacaq. "Zilina" bizə çətin sınaq bağışlayacaq. Diqqətli olmalıyıq", - azerisport.az "əsilzadələrin" rəsmi saytına istinadən xəbər verir ki, bunu Ançelotti dedi.
