15 sentyabr 2010 14:23
Ronaldinyo: Məndən yaxşı futbolçu yoxdur
İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Ronaldinyo bildirdi ki, o 40 yaşına kimi futbolu yüksək səviyyədə oynamağa hazırdır. Azerisport.az xəbər verir kİ, braziliyalı futbolçunu sözlərinə görə, o, 2014 və 2018-ci illərdə keçiriləcək dünya çempionatlarında iştirak etmək istəyir.
"Barcelona" ilə mümkün olan titulları qazanmaq çətin idi. Sonrada "Milan"-a gəldim və əvvəlcə heçnə alınmırıd. Lakin o vaxtki baş məşqçimiz Leonardo mənə dedi ki, mən hətta ən yaxşı formada olmayan zaman da başqalarından daha yaxşı futbol göstərə bilərəm. Bu gün əminliklə deyə bilərəm ki, "Barca"-da nümayiş etdirdiyim formamı qaytardım. Avropada məndən yaxşı oynayan başqa bir braziliyalı yoxdur. Məhz buna görə mən DÇ-2010-a baxmamışam. Çünki mən futbolu TV-də baxmağa yox, oynamağı sevirəm. Braziliyada keçiriləcək DÇ-2014-də çıxış etməyə hazıram. Yüksək səviyyədə mənim dostum Paolo Maldini kimi 40 yaşa qədər çıxış etmək istəyirəm. Ümid edirəm ki, DÇ-2018-də də çıxış edə biləcəm", - Ronaldinyo bildirdi.
Mənbə: L`Equipe
