15 sentyabr 2010 15:15
Rummeniqqe: Şvaynştayqerə və Lama Real lazım deyil
Almaniyanın "Bayern Münich" klubunun prezidenti Karl-Xayns Rummeniqqe komandanın oyunçuları Bastian Şvaynştayqer və Filipp Lamın Madridin "Real" komandasına mümkün transferləri barəsində və hücumçu Mario Qomes öz fikirlərini bildirdi.
"Sözsüz ki, "Real" böyük klubdur. Lakin hal hazırda "Bayern" ispnalardan daha uğurludur və buna görə də Bastian və Filipp Madridə keçmək əvəzinə hazırki klubu ilə olan müqaviləni 2015-ci ilə kimi uzadacaqlar. Qomesə gəldikdə isə, deyə bilərəm ki, əsas heyətə düşmək üçün o öz üzərində çox işləməlidir. Qoy İvisa Oliçdən nümunə götürsün: o, məşqlərdə özünü öldürür", - azerisport.az xəbər verir ki, bunu Rummeniqqe dedi.
Mənbə: Bild
