15 sentyabr 2010 15:32

"Türklər sadə futbol oynaya bilmir"

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Ertuğrul Sağlam etiraf etdi ki, onun komandası Çempionlar Liqasındaki ilk rəqibi olan İspnayanın "Valencia" klubu qarşsında aciz idi. Azerisport.az xəbər verir ki, gənc mütəxəssisin sözlərinə görə, onun komandası bu oyundan lazım olan nəticələri çıxardacaq.

"Rəqibimiz çox güclü bir komanda idi. Bu cür komandalara oyunda biz daha çox hərəkət etməli və ürəklə oynamalıyıq. Lakin ilk hissədə buraxılan qollar komandanı demək olar ki ruhdan saldı. Debütumuz uğurlu alınmadı. Ancaq buna baxmayaraq, irəlidə hələ də beş oyun var. Bu oyun gələcək qarşılşmalar üçün çox qiymətl dərs oldu. Və həmçinin görüş göstərdi ki, buz bu cür mötəbər turnirdə çıxış etməyə hələ ki hazır deyilik. Həmçinin, özümün və futbolçularımın adından azərkeşlərdən üzr istəyirik. "Valencia" ilə oyunda biz xeyli lazımsız olan səhvlər buraxdıq. Ola bilsin ki, Türkiyə çempionatında bu cür səhvləri düzəltmək olar. Lakin bu Çempionlar Liqasıdı. Bu turnirdə hətta düzgün atılmayan aut da rəqib tərəfindən bağışlanmır. Təəssüflər olsun ki, biz sadə futbol oynaya bilmirik. Bu Türkiyə futbolunun ən böyük problemlərindən biridir", - Sağlam bildirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.