15 sentyabr 2010 16:21
Mahir Şükürov: Baş məşqçinin etibarını itirmək istəmirəm
Azərbaycan millisinin və Rusiyanın "Anjı" klubunun yarımmüdafiəçisi Mahir Şükürov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə oyundan sonra öz əhvalı barəsində azerisport.az saytına danışdı.
"Ayın 8-i Hacı Hacıyevə zəng edərək bildirdim ki, psixoloji cəhətdən yorğunam və özümə gəlmək üçün bir az vaxt lazımdır. O, bunu anlayaraq, mənə istirahət üçün vaxt verdi və buna görə ona minnətdaram. Həmin oyunu Rusiyada da canlı yayımlanırdı və buna görə də klub yoldaşlarım da görüşü izləyə bilib. Heç kəs heçnə demədi, çenki hamı Almaniyanın səviyyəsindən xəbərdardı", - Şükürov dedi.
Futbolçunun sözlərinə görə, o artıq Kölndəki oyunu unudub: "İstirahət götürdüyümə baxmayaraq, gündə yarım saat ərzində qaçırdım ki, formamı itirməyim. Həmçinin, qarşıda Rusiya çempionu "Rubin"-lə oyunumuz var. Və biz ancaq qələbə barəsində düşünürük. Əlbətdə, əksinə də alına bilər. Futbolda cəmi üç nəticə var. Allah bilir "Rubin"-lə oyun necə bitəcək".
Bunda əlavə futbolçu Hacı Hacıyevin etbarını itirmək niyyətində olmadığını da bildirdi. "Mən həmişə məşqçinin tələblərini yerinə yetirməyə çalışıram. İstəyirəm ki, o məndən razı qalsın. Etibarını itirmək istəmirəm", - Şükürov dedi.
