15 sentyabr 2010 16:54
Rail MƏLİKOV: Çempionatın yeganə lideri olmaq istəyirik
Azərbaycanın "Neftçi" klubunun kapitanı Rail Məlikov azerisport.az saytına müsahibə verdi.
"Muğan" üzərində minimal hesablı qələbə sizi qane etdi?
Sizə deyim ki, rəqib heç də zəif deyil. Buna görə də böyük hesablı qələbədən danışmaq dəyməz. Ötən mövsüm "Muğan" bizdən 4 xal qoparda bildi. Baxmayaraq ki, sonradan onlar ikinci "altılıqda" mübarizə aparırdı. Bu dəfə də onlar ehtiyatlı oynadı. Buna görə də oyunun nəticəsini bir qol həll etdi.
Bəzi oyunçular öz yığmalarından qayıtdı: bu problem yaradmadıki?
Bəzi problemlər var idi. Bir neçə gün toplanışda idik və bir az oyunçular arasında əlaqələr pozuldu. Axı biz "Neftçi"-nin heyətində məşq etmirdik. İlk dəqiqələrdə bu özünü biruzə verdi. Amma artıq ikinci hissədə biz normal hücum edə bilirdik.
İkinci hissədə siz axsamağa başladınız. Bu nə ilə əlaqədar idi?
Təəssüf ki, mikrozədə aldım. Buna qədər isə biz artıq hər üç əvəzetmədən istifadə etmişdik. Buna görə də yeganə yolum oyunu davam etdirmək idi.
Bahodir Nəsimov növbəti dəfə fərqlənə bildi. Artıq demək olar ki, "Neftçi" öz hücumçusunu tapıb?
Olmaz (gülür).
Nəyə görə?
Çünki mən istəməzdim ki, ona göz dəysin. O hər oyunda qol vurur – bundan artıq bizə nə lazımdır ki? "Neftçi"-yə bü tipli forvard çatışmırdı. Həmçinin Emil Mpenza kimi hücumçumuz da var. Onu unudmayın. O hələ öz sözünü deyəcək.
Çoxları sentyabrın axırına baş tutacaq "Xəzər-Lənkəran" – "Neftçi" oyunu barəsində artıq indidən danışır.
Hələ ki, biz MOİK`ə qarşı oyundan düşünürük. Bizə qarşı hər bir rəqib fərqli hazılaşır. Gəlin ilk öncə "hərbiçilərə" qalib gələk, sonradan isə Lənkərana gedərik.
Bununla belə, xüsusi əhəmiyyətə malik bir oyun olacaq. Həmçinin, əgər 7-ci tura kimi hər iki komanda turnir cədvəlindəki liderliyini qorusa, o zaman oyun daha prinsipial xarakter alacaq.
Hesab edirəm ki, bu ilki Böyük oyun hər bir halda maraqlı olacaq. Azərkeşlərin dəstəyi onların tərəfində olacaq, lakin "Neftçi" dolmuş arenalarda oynamağa çoxdan alışıb.
Son mövsümdə XL və "Neftçi" arasında keçirilən oyunlarda hər dəfə hansısa bir qalmaqal yaşanırdı.
Gəlin pis məqamları xatırlamayaq. Bir şey aydındır ki, Lənkərana biz üç xal dalınca gedirik. Biz çempionatın yeganə lideri olmaq istəyirik. Buna gücümüz çatacaq.
