15 sentyabr 2010 17:27
Lionel Messi: Özüm-özümə hirsliyəm
İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasının 1-ci turu çərçivəsində "Panathinaikos"-la keçirilən oyundan sonra (5:1) öz fikirləri ilə böıüşdü. Azerisport.az xəbər verir ki, bu oyunda Messi penlati zərbəsindən qol vura bilmədi.
"Bu oyunda ən əsas komandanın qələbəsidir. Lakin mən özüm-özümə bir az hirsliyəm, çünki penaltidən qol vura bilmədim. Amma bu penaltisiz də bizi qane edən hesabı əldə etdik. Biz əla oynayırdıq", - Messi bildirdi.
Mənbə: UEFA
