15 sentyabr 2010 17:51
Bastian Şvaynştayqer: Roma`nı mütləq məğlub etməliyik
Almaniyanın "Bayern Münich" klubunu yarımmüdafiəçisi Bastian Şvaynştayqer bildirdi ki, onun komandası hələ ki öz tam formasını yığmayıb. Azerisport.az xəbər verir ki, onun sözlərinə görə, bu amil Çempionlar Liqasının 1-ci turu çərçivəsində "Roma" ilə keçiriləcək oyunda qələbə qazanmağa maneçilik törətməyəcək.
"Qrupun favoritiyik və bu statusu meydançada sübut etməliyik. Komandamız hələ ki öz formasını yığmayıb. "Roma"-nı mütləq məğlub etməliyik. İlk məqsədimiz – qrupdan çıxmaqdır. Roma üzərində qələbə isə bizi bu məqsədə daha da yaxınlaşacayıq", - Şvayni bildirdi.
Mənbə: Bayern Münich`in rəsmi saytı
