15 sentyabr 2010 00:27
Joze Mourinyo: Çempionlar Liqasında qalib ən güclü sayılan komanda olmur
Madridini "Real" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının "Ajax"-la oyundan əvvəl qeyd etdi ki, ÇL çox xüsusi bir turnirdir və burada qalib heç də ən güclü sayılan komanda olmur.
"Madrid onuncu, mən isə özümün üçüncü çempionlar kubokunu qazanmaq istəyirik. Lakin bu heç də asan alınmayacaq. Çempionlar Liqası elə bir turnirdir ki, burada ən kiçik detallar böyük əhəmiyyətə malikdir. Burada elə olur kİ, qalib ən güclü sayılan komanda olmur. Əgər biz qrupdan çıxa bilsək, o zaman biz indikidən daha güclü olacayıq", - azerisport.az xəbər verir ki, bunu Mourinyo dedi.
Mənbə: AP
