16 sentyabr 2010 13:04
Arsen Venqer: Komandamızı saxlamaq çox çətindir
İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venqer Çempionlar Liqasının 1-ci turu çərçivəsində Portuqaliyanın "Braga" komandası ilə keçirilən oyun barəsində (6:0) öz fikirlərini bildirdi.
"Mənim ən çox xoşuma gələn o oldu ki, futbolçularımız komanda oyununu sərgilədi. Hər biri ayrı-ayrılıqda nəsə etdi. Biz yaxşı oynayanda, komandamızı saxlamaq çox çətindir", - azerisport.az xəbər verir ki, bunu Venqer dedi.
Mütəxəssisin sözlərinə görə, o başa düşür ki, Fabreqas üçün mövsüm böyük təzyiq altında başlanır: "Lakin mən heç vaxt onun klubumuzu sevdiyini şübhə altına qomurdum. Sesk "Arsenal"-ın lideri olmaq istəyir. O, hər kəsə nümayiş etdirdi ki, o bu statusa həm meydanda, həm də ondan kənarda da layiqdir".
Mənbə: UEFA
