16 sentyabr 2010 13:40
Massimiliano Alleqri: Milan hər bir rəqibi məğlub edə bilər
İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1-ci turu çərçivəsində "Auxerre"-lə oyundan sonra (2:0) futbolçularının oyunundan razı qaldığını bildirdi. Azerisport.az xəbər verir ki, məşqçinin sözlərinə görə, o bununla kifayətlənməyəcək.
"Komanda dözmək bacarığını nümayış etdirdi. "Auxerre" taktiki cəhətdən hazır komandadır. Oyun boyu onlar yaxşı müdafiə olunurdular. Lakin biz bu tilsimi qıra bildik. Və artıq ilk qoldan sonra komandam daha rahat və inamlı oynayırdı", - Alleqri dedi.
Baş məşqçinin sözlərinə görə, hal hazırda onlar yolun başlanğıcındadı: "İrəlidə çoxlu iş var. Əminəm ki, "Milan" hər bir rəqibi məğlub edə bilər. Məşqdən məşqə futbolçular bir-birilərini daha yaxşı anlayır".
Mənbə: UEFA
