16 sentyabr 2010 14:30
Anelka: Bu jest Fransa Futbol Federasiyasına ünvanlanır (VİDEO)
İngiltərənin "Chelsea" klubunun hücumçusu Nikolya Anelka ÇL-ın 1-ci turu çərçivəsində "Zilina" komandası ilə oyunda vurduğu qollarını qeyri-adi tərzdə qeyd etdi. Azerisport.az xəbər verir ki, hər vurduğu qoldan sonra o əllərini elə tuturdu ki, sanki onlar qandalda idi.
"Bu jest DÇ-2010-da baş verən hadisələrlə bağlı Fransa Futbol Federasiyasına (FFF) ünvanlanır. Bunu lazım olan insanlar başa düşəcək. Artıq orada baş verənlərə görə hirsli deyiləm. Bu artıq keçmişdə qalıb və mənim bütün fikirlərin "Chelsea" ilə bağlıdır", - Anelka dedi.
Xatırladaq ki, bir neçə vaxt öncə FFF Anelkaya millinin heyətində münaqişə yaraddığı üçün 18-oyunluq diskvalifikasiya verib.
Mənbə: Sporting Life
