16 sentyabr 2010 14:46
Rəşad Sadıqov yeni klubunda münaqişə iştirakçısı oldu
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov "Eskişehirspor" klubunun məşqində münaqişə iştirakçısı oldu. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşq zamanı Sadıqov komandaya "Portu"-dan gələn portuqaliyalı müdafiəçi Pele ilə dalaşdı. Digər oyunçuların müdaxiləsindən sonra insident bitdi.
