16 sentyabr 2010 15:02
Floran Maluda: Essyen – qatardır!
İngiltərənin "Chelsea" klubunun yarımmüdafiəçisi Floran Maluda komanda yoldaşı Maykl Essyen yeddi ay futbolsuz qaldığına baxmayaraq əla formadadır. Azerisport.az xəbər verir ki, Cempionlar Liqasının 1-ci turunda Slovakiyanın "Zilina" klubu ilə keçirilən görüşdə Essyen ilk qolun müəllifi oldu. Bu qanalı futbolçunun ikinci oyunda vurduğu üçüncü qoludur.
"Essyen elə bil ki, qatardır. Çox şadam ki, o öz formasına qayıdıb. Düşünürəm ki, o komandaya hələ çox sevinc bağışlayacaq", - Maluda bildirdi.
Mənbə: chelseafc.com
