16 sentyabr 2010 15:24
Mourinyo Real`ı tərk edə bilər
Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyoya təklif verdi. Azerisport.az xəbər verir ki, PFF ona yığma komandanı iki oyun ərzində baş məşqçi kimi rəhbərlik etməyə təklif edir.
Yaxın vaxtlarda federasiyanın nümayəndələri Mourinyo və onun agenti ilə görüşməyi planlaşdırılır. Bu il Portuqaliya yığması AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Danimarka və İslandiya ilə görüşləri keçiriləcək.
Xatırladaq ki, bundan əvvəlki iki oyunda Roptuqaliya Kiprla heç-heçə etdi (4:4) və Norveçdən isə məğlubiyyət aldı (0:1).
Mənbə: Record
