16 sentyabr 2010 15:55
Milan daha iki oyunçusunu itirə bilər
İtaliyanın "Milan" klubunun forvardı Aleşandre Pato bir ay müddətində futboldan kənar qala bilər. Azerisport.az xəbər verir ki, hücumçu Çempionlar Liqasında "Auxerre"-lə oyunda zədə aldı.
Oyunçunun bərpası barəsində rəsmi məlumat hələ ki yoxdur. Qeyd edək ki, bu oyunda Patodan başqa yarımmüdafiəçi Massimo Ambrozini də zədələndi.
Mənbə: Corriere dello Sport
